Avtobusun vurduğu qadın öldü

Martın 19-da saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Bəxtiyar Həmzəliyev idarə etdiyi “İsuzu” markalı xətt avtobusu ilə yolu keçən həmyerlisi Mehriban Ağaverdiyevanı vurub.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, piyada hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

AzNews.az