Türkiyənin Elazığ bölgəsində dəhşətli qətl hadisəsi baş verib Türkiyənin Elazığ bölgəsində dəhşətli qətl hadisəsi baş verib

17 yaşlı gənc yaşıdı olan ögey anasını öldürdü

Türkiyənin Elazığ bölgəsində dəhşətli qətl hadisəsi baş verib




Biri rəsmi,digər ikisi isə dini nikahla 3 arvadı olan 49 yaşlı Ruhi Ayerdemin 17 yaşlı oğlu cinayət törədib. O, atasının onunla yaşıd olan 17 yaşlı və 3 aylıq hamilə arvadını öldürüb. Ögey anasını tüfənglə öldürən oğlanın psixoloji vəziyyəti gərgindir.

Məlumata görə, Ruhi Aydem özündən 32 yaş kiçik qızla ötən il qeyri-rəsmi evlənib. 3 arvadı ilə də ayrı-ayrı evlərdə yaşayan 49 yaşlı kişinin sonuncu arvadı ilə digər qeyri-rəsmi nikahdan olan oğlu arasında mübahisənin nədən yarandığı bildirilmir.

Ögey anası Dərya Özkaranı tügənglə öldürən yeniyetmə hadisə yerindən qaçıb.

Elnarə Əlosmanqızı
AzNews.az