Mingəçevir şəhərində qətl hadisəsi törədilib Mingəçevir şəhərində qətl hadisəsi törədilib

Qadın həyat yoldaşını bıçaqladı

Mingəçevir şəhərində qətl hadisəsi törədilib



Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə hadisə bu gün axşam saat 18:00 radələrində şəhərin Heydər Əliyev prospektindəki ev 70, mənzil 16-da qeydə alınıb. Şuşa şəhərindən olan və Mingəçevirdə yaşayan məcburi köçkün 1973-cü il təvəllüdlü Həsənov İlqar İldırım oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı 1974-cü il təvəllüdlü Həsənova İradə Müseyib qızını döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Bir uşaq anası İradə Həsənova isə mətbəx bıçağı ilə həyat yoldaşı İlqar Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək onu qətlə yetirib.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az