Sumqayıtda silsilə oğurluq edən şəxs tutulub. Sumqayıtda silsilə oğurluq edən şəxs tutulub.

Sumqayıtda silsilə oğurluq edən şəxs tutulub

Sumqayıtda silsilə oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il aprelin 8-dən mayın 3-dək olan müddətdə şəhər ərazisində ayrı-ayrı şəxslərə məxsus 2 yardımçı təsərrüfatdan ümumilikdə 74 göyərçin, torpaq sahəsindən qapı çərçivəsi, 7 metr elektrik naqili, inşaat materialları və məişət əşyaları, velosiped, stomatoloji klinikanın qarşısından 2 ədəd palma ağacı oğurlamaqda şübhəli bilinən şəhər sakini Orxan Ələkbərov saxlanılıb.