Şam yeməyi dava ilə qurtardı Şam yeməyi dava ilə qurtardı

“Qanuni oğru”nu restoranda döydülər

Şam yeməyi dava ilə qurtardı


Rusiyanın Sankt-Peterburq şəhərində "qanuni oğru"ların şam yeməyi dava ilə sonuclanıb. Nəticədə "qanuni oğru" Qori Piterski döyülüb.
Rusiya mətbuatının məlumatına görə, Sankt-Peterburdakı restoranlardan birində 3 "qanuni oğru" görüşüb. Ancaq söhbət istənilən kimi alınmayıb və dava düşüb. Döyülən "qanuni oğri" "Qori Piterski" ləqəbli Georgi Canelidzedir. Onu döyənlər isə Quram Çixladze və "Osetirin" ləqəbli Sergey Asatryan olub.

Onların hər üçü gənc nəsil "qanuni oğru"lara aid edilir. Dava nəticəsində Qori Piterski xəstəxanaya aparılıb. Bu hadisəyə isə təkcə polis yox, həm də klan qiymət verəcək.
"Qanuni oğru"ya əl qaldıranların cəzasını vermək üçün klan toplanacaq.

Elnarə Əlosmanqızı
AzNews.az