Muğlanın Milas mahalında universitet tələbəsi qız, hamamda dünyaya gətirdiyi körpəsini 6-cı mərtəbədən aşağı atdı. Muğlanın Milas mahalında universitet tələbəsi qız, hamamda dünyaya gətirdiyi körpəsini 6-cı mərtəbədən aşağı atdı.

Körpəsini balkondan atdı

Muğlanın Milas mahalında universitet tələbəsi qız, hamamda dünyaya gətirdiyi körpəsini 6-cı mərtəbədən aşağı atdı.


Əldə edilən məlumata görə, Milas Sıtkı Koçman Peşə Üniversitetinin mühasibat bölməsinin şagirdi S. C (20) yaşadığı evin hamamında doğum edib. S.C doğumdan dərhal sonra körpəni 6-cı mərtəbədən aşağı atıb. Aşağıda dayanan avtomobilin üzərinə düşən körpə həyatını itirib. Hadisə şahidlərinin sözlərinə görə, tibb işçiləri çoxlu qan itirən ananı xəstəxanaya aparıblar.

Polisə verdiyi ifadədə S.C sevgilisinin ona təcavüz etdiyini, daha sonra isə öz istəyi ilə bir yerdə olduğunu bildirib.Bu münasibətlərdən sonra isə gənc qız hamilə qaldığını öyrənib. Polis S.C- nin ifadəsi üzərinə adı çəkilən şəxsi tutmaq üçün axtarışa başlayıb. Hadisə ilə əlaqədar istintaq davam edir.

Xəyalə Məmmədova
AzNews.az