Gənc qadının təcavüzə məruz qalması ilə bağlı hadisənin təfərrüatları Gənc qadının təcavüzə məruz qalması ilə bağlı hadisənin təfərrüatları

Müəlliməni zorlayan şəxslər saxlanıldı-Yenilənib

Gənc qadının təcavüzə məruz qalması ilə bağlı hadisənin təfərrüatları


AzNews.az
-a daxil olan məlumata görə, təcavüzə məruz qalan qadın ilkin məlumatlarda bildirildiyi kimi Rusiya Federasiyasının vətəndaşı yox, Abşeron rayonunun sakini olub.

Xanıma təcavüz edənlər iki nəfər olub və Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanaraq Binəqədi rayon polisinə təhvil verilib. Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsindən faktı təsdiqləyiblər.

Növbətçi hissədən AzNews.az-a verilən məlumata görə, hadisə Sulutəpə ərazisində baş verdiyindən şəxslər saxlanaraq 40-cı pols bölməsinə təhvil verilib. Hadisənin tədqitatı ilə isə prokurorluq əməkdaşları məşğul olur. Ancaq Binəqədi rayon prokurorluğundan onlarda belə bir işin istintaqının aparılmadığı bildirilib.


Bakıda zorlandığı iddia olunan MDU-nun müəlliməsi ilə bağlı rəsmi açıqlama da yayılıb.

Belə ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Bakıda Moskva Dövlət Universitetinin müəlliməsinin zorlanması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Bş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Moskva Dövlət Universitetinin Bakı filialının müəlliməsinin zorlanması və işgəncələrə məruz qalması barədə həqiqətə uyğun olmayan informasiyalar dərc edilib.

Həmin informasiyalar tərəfimizdən təkzib olunur və bununla əlaqədar bildiririk ki, martın 21-də saat 16 radələrində iki naməlum şəxs Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində, Moskva Dövlət Universitetinin Bakı filialının orta yaşlı müəlliməsini zorlamağa cəhd göstərib. Müəllimənin müqavimətini qıra bilməyən həmin şəxslər hücuma məruz qalmış qadının sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə onun fotoaparatını, qızıl üzüyünü və qol saatını ələ keçirərək hadisə yerindən qaçmışlar. Həyatı təhlükə altında olan müəllimə öz ləyaqət və şərəfini qoruyub saxlaya bilib.

Faktla bağlı həmin tarixdə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,149.2.1 (bir qrup şəxs tərəfindən zorlamaya cəhd) və 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq) maddələri ilə cinayət işi başlanıb.

Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının "isti izlər"lə birgə həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayətin Abşeron rayonunun Qobu qəsəbə sakinləri Elşad Nərimanov və İlkin Sadıqov tərəfindən törədilməsi müəyyən edilib.

Davam etdirilən təxirəsalınmaz tədbirlər nəticəsində E.Nərimanov və İ.Sadıqov yaxalanmışlar. Onlardan zərərçəkmişə məxsus əşyalar götürülərək istintaqa təqdim olunmuşdur.

E.Nərimanov və İ.Sadıqov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Elnarə
AzNews.az


***
23.03.2013-17:22

Gəzməyə çıxmaq istədi, cavanların təzavüzünə uğradı

Martın 22-də Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının Rusiya Federasiyasından olan xanım müəlliməsi Binəqədi rayon Sulutəpə yaşayış massivində zorlanmaya və qeyri-insani davranışa məruz qalıb.

"Bizimyolinfo.com"a daxil olan məlumata görə, adı açıqlamayan gənc və yaraşıqlı müəllimə Sulutəpə ərazisində yerləşən Uniersitetdən yuxarıdakı dağa gəzməyə çıxıb. Bu zaman ona Abşeron rayon Qobu kəndinin bir neçə sakini hücum edib. Xanım müəllimə dəfələrlə zorlanıb və şiddətli işgəncəyə məruzqalıb. Hazırda polis Unuversitet ərazisini mühasirəyə alıb. Hadisənin detalları barədə məlumat verilmir. Amma zorakılıq edənlərin aşkarlanaraq həbs edildiyi bildirilir.

AzNews.az