İyulun 21-də 2013-cü il təvəllüdlü Yaqubov Murad Bayraməli oğlunun çoxsaylı bədən xəsarətləri alması nəticəsində vəfat etməsi faktına görə Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır. İyulun 21-də 2013-cü il təvəllüdlü Yaqubov Murad Bayraməli oğlunun çoxsaylı bədən xəsarətləri alması nəticəsində vəfat etməsi faktına görə Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Azyaşlını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən şəxs tutuldu

İyulun 21-də 2013-cü il təvəllüdlü Yaqubov Murad Bayraməli oğlunun çoxsaylı bədən xəsarətləri alması nəticəsində vəfat etməsi faktına görə Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Baş Prokurorluqdan verilən məlumata görə, istintaq zamanı Kürdəmir rayonunun Muradxan kənd sakini, 1974-ci il təvəllüdlü Abdullayev Abdulla İnqilab oğlunun həmin kəndin qış otlaq sahəsində yerləşən fermada qeyri rəsmi ailə münasibətlərində yaşadığı Sevanə Yaqubovanın azyaşlı oğlu Murad Yaqubova 2018-ci il iyunun 26-dan iyulun 21-dək heç bir əsaslı səbəb olmadan anasının gözləri qarşısında xüsusi amansızlıqla və qəddarlıq nümayiş etdirib mütəmadi olaraq qəsdən bədəninin müxtəlif nahiyələrinə çomaqla vurmasına, eləcə də əlləri ilə döyməklə həyat və sağlamlığı üçün təhlükəli olan çoxsaylı bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Aldığı çoxsaylı bədən xəsarətləri nəticəsində M.Yaqubov iyulun 21-də vəfat etmişdir.

Cinayət işi üzrə A.Abdullayev təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

AzNews.az