Gəlin maşınını şadlıq evinin qarşısından oğurladılar

Martın 26-da Bakıda Nizami rayonu Naxçıvanski küçəsində yerləşən Şahsanəm şadlıq evinin həyətindən gəlin maşını oğurlanıb.

Saat 19:00 radələrinə baş verən hadisə ilə bağlı şadlıq evinin rəhbəri polisə zəng vuraraq məlumat verib.

Nizami Rayon Polis İdarəsinin növbətçi hissəsindən "Yeni Müsavat"a verilən məlumata görə, faktla bağlı dərhal araşdırmalara başlanılıb. "Mercedes Benz" markanlı "90 RD 501" dövlət nömrə nişanlı avtomobili kimin qaçırdığı müəyyən olunmayıb. Polis tərəfindən aparılan araşdırmalar davam edir. Növbətçi hissədən verilən məlumata görə, faktı 24-cü polis bölməsinin təhqiqatçıları araşdırır.

AzNews.az