Baki sakini oğlunun girov götürülməsi ilə bağlı polisə müraciət edib. Baki sakini oğlunun girov götürülməsi ilə bağlı polisə müraciət edib.

Gənc oğlanı girov götürdülər, PUL İSTƏYİRLƏR

Baki sakini oğlunun girov götürülməsi ilə bağlı polisə müraciət edib.

Məlumata görə, Nizami rayon Polis İdarəsinə müraciət edən Gülşən Qəribova Naxçıvanski küçəsində yaşadığını və oğlu, 1989-cu il təvəllüdlü Anarın sentyabrın 22-dən itkin düşdüyünü bildirib.

Qadın şikayət ərizəsində qeyd edib ki, ayın 22-də oğlu Habil və İxtiyar adlı tanışları ilə Gürcüstana getmək adı ilə evdən çıxıb. Lakin o, bir müddət Anardan xəbər ala bilməyib. Nəhayət, sentyabrın 27-də Habil adlı şəxs Gülşən Qəribovaya zəng edərək oğlunu girov saxladıqlarını bildirib. Həmin şəxs Anarın azad edilməsi üçün 5 min manat tələb edib.

Müraciət əsasında polis tərəfindən araşdırmalara başlanılıb.