- Köhnə - Kriminal
- 15 Aprel 2013 10:46
- 3 002
Zərdabdakı zorlanma olayına görə dindirmələr başladı
AzNews.az-a daxil olan məlumata görə, artıq bu cinayət işində adı keçən bütün şəxslər və Zərdab rayonunda işi ört-basdır etməyə çalışan vəzifəli şəxslər prokurorluğa dəvət olunur və onların ifadələri alınır.
Alıcanı kənd Orta məktəbinin direktoru Firdovsi Məmmədov AzNews.az-a açıqlamasında bildirdi ki, elə bu saatlarda o, Respublika Prokurorluğunda dindirilir:
"Prokurorluqdan mənə məktub göndərdilər, mən də gəldim. 3 saatdır ki, prokurorluqdayam. Olanı dedim. İsmayılovlar ailəsinin üzvləri də buradadır. İsrailin (qızı zorlayan şəxs-red) atası, bacısı, anası da dindirilir".
Xatırladaq ki, Alıcanlı kənd orta məktəbinin şagirdi yaxın qohumu tərəfindən zorlanmaya məruz qalıb. Zərdab rayon hüquq-mühafizə orqanları bu olayda cinayət tərkibinin olmadığını iddia edir.
Bahar Rüstəmli
AzNews.az