Həyat yoldaşını qətlə yetirdi

Azərbaycanın Saatlı rayonunda qətl törədilib

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Qaracalar kəndində qeydə alınıb. Kənd sakini, 38 yaşlı Bəhlul Qasımov qısqanclıq zəminində həyat yoldaşı Lalə Qasımovanı bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən B. Qasımov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

AzNews.az