Sürücü Nəqliyyat Departamentinin işçisini bıçaqladı

Bakıda Nəqliyyat Departamentinin işçisi bıçaqlanıb.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Babək prospektində "Renault" markalı avtomaşının sürücüsü, Bakı şəhər sakini Elman Məmmədov aralarında yaranan münaqişə zəminində Nəqliyyat Departamentinin işçisi Namir Maqsudova bıçaqla xəsarət yetirib.

Hadisənin törədən E. Məmmədov tutulub.



AzNews.az