Gənc oğlan qıza görə öldürüldü - Bakıda

Sumqayıtda qətl törədilib.

Sumqayıt Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Tağıyev qəsəbəsində yerləşən hərbi komendaturanın yaxınlığında, dəniz kənarında qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Elvin İlyas oğlu İsmayılov naməlum şəxs tərəfindən bıçaqlanıb. 10-dan çox bıçaq xəsarəti alan E. İsmayılov hadisə yerində keçinib.

Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü açılıb. Hadisəni törədən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elşən Əlipənahov şübhəli şəxs qismində saxlanılıb.

E. Əlipənahov polisə verdiyi ifadəsində törətdiyi cinayət əməlini etiraf edib. O, istintaqa E. İsmayılovu qız üstündə öldürdüyünü bildirib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.


AzNews.az