2 uşaq anasını qardaşı qətlə yetirdi - YENİLƏNDİ

Xəbər verdiyimiz kimi, Yevlaxda qardaş bacısını qətlə yetirib. Baş verən bu ailə faciəsinin təfərrüatları bəlli olub. Hadisənin qısqancılıq zəminində baş verdiyi bildirilir. Aznews.az-ın məlumatına görə, qardaşı tərəfindən qətlə yetirilən Elnarə Mehdizadə 2 uşaq anasıdır.

Aralarında yaranan mübahisə zəminində Məmməd Abdulhəlim oğlu Musayev bacısı Elnarə Abdulhəlim qızı Mehdizadəni bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri endirərək öldürüb.

Hadisədən sonra Məmməd Musayev Yevlax Şəhər Polis şöbəsinə gələrək əməlini etiraf edib. Dərhal hüquq mühafizə orqanları tərəfindən istintaq qrupu yaradılaraq hadisə yerinə baxış keçirilib.

Məmməd Musayevin qətl zamanı istifadə etdiyi bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı Yevlax şəhər prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

Ruhiyyə
Aznews.az


***
10:03
Yevlaxda qardaş bacısını qətlə yetirib.

Yevlax rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Cəfər Cabbarlı küçəsi ev 7 mənzil 3 də yaşayan Məmməd Musayev ailə münaqişə zəminində bacısı Elnarəni çoxsaylı bıçaq xəsarətləri yetirərək qətlə yetirib.

AzNews.az