Abbas Abbasovu öldürən “qanuni oğru“ həbs olundu


Avqustun 9-da Moskvanın Domodedovo hava limanında erməni "qanuni oğru" Artyom Arakelyan həbs edilib. Polis onu Antalyadan qayıdarkən saxlayıb. 33 yaşlı "qanuni oğru" iyulun 26-dan beynəlxalq axtarışa verilib.

O, Lipetski vilayətində kriminal nəzarəti həyata keçirən və kriminal aləmdə Saşa Abbas kimi tanınan 40 yaşlı Abbas Abbasovun qətlində təqsirləndirilir.

Saşa Abbasın cəsədi ötən ilin yanvarında kanalizasiya kollektorunda tapılmışdı.

Məlumata göə, Saşa Abbas bir zamanlar bazarda alver edən Arakelyanın həyatının qaranlıq məqamları barədə məlumata malik olub və Moskvaya da bu məqamları lazımi şəxslərə açıqlamaq üçün gedib.

Ancaq orada yoxa çıxan Saşa Abbas Arakelyanın oğru aləminə daxil olmasının qarşısını ala biləcək şəxs olduğuna görə aradan götürülüb.

Elnur
AzNews.az