Seksual manyakı döyə-döyə öldürdülər- Bakıda

Bakıda dəhşətli qətl hadisəsi törədilib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, avqustun 19-da Xəzər rayonunun Dübəndi yaşayış sahəsində Naxçıvan Muxtar Respublikasının sakini 1980-ci il təvəllüdlü A.E bir neçə nəfər tərəfindən amansızlıqla döyülüb. Mərdəkanda qardaşının evində ağır vəziyyətdə saxlanılan 33 yaşlı a.e dünən keçinib.

Lent.az-ın əldə etdiyi məlumata görə, A.E bir neçə gün əvvəl Dübəndidə etdiyi seksual xarakterli hərəkətinə görə yaşadığı qəsəbənin sakinləri tərəfindən vəhşicəsinə döyülüb. Məlum olub ki, 33 yaşlı şəxs qonşuluqda yaşayan azyaşlı oğlanı ona it balası verəcəyi ilə bağlı vəd verərək aldadaraq yaşadığı evin həyətinə gətirib. Burada A.E azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edib.

Məsələdən qəsəbə sakinləri xəbər tutublar. Onlar ayın 19-da A.E-ni Dübəndidə küçədə yaxalayaraq vəhşicəsinə döyüblər. Hətta A.E-nin boğazına zəncir keçirərək onu sürüyüblər. Hadisə yerinə gələn polislər hisslərinə hakim ola bilməyən qəsəbə sakinlərinin əlindən A.E-ni güclə alıb.

Araşdırmalar zamanı A.E-ni döymüş şəxslərdən 3-ü, Dübəndi sakinləri Yusif Hacıyev, Elşən Əhmədov və İvan Tkaçov müəyyən edilib.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.

AzNews.az