“Həbsxanalar kriminal avtoritetlər tərəfindən idarə edilir” – ŞOK İTTİHAM

"Gürcüstan həbsxanaları kriminal avtoritetlər tərəfindən idarə edilir".

Bu barədə məlumatı Gürcüstan mətbuatı Vahid Milli Hərəkatına istinadən yayıb. Hərəkatın təqdim etdiyi sxemə əsasən həbsxanalardakı tibb məntəqələrinə Taras ləqəbli "qanuni oğru" Tariel Posxveriya nəzarət edir.

AzNews.az "Грузия Online"na istinadən bildirir ki, sxemdə həbsxanaların idare dilməsi bütün detalları ilə yer alıb. Belə ki, Ksnaski həbsxanası kriminal avtoritetlər Murman Tvildiani, İko Noxaddz, Kaxa Qurqenidze və Edqar Məmmədovun nəzarətindədir. Həbsxananın ümumu rejiminə Laşa Keburiya, karserlərə Zakro Canqulaşvili, yeməkxanaya Caba Xosberuaşvili və Avtandil Tavadze, tibb məntəqəsinə isə Georgi İldanı nəzarət edir. Rustavidəki 6 saylı müəssisə Mirian-Cinvalan, Qequtskidəki kalon isə Laşa Kvantliani tərəfindən idarə edilir. Rustavidəki 17 saylı kalon Qela Terterraşvili və Kirill Pxikadzenin nəzarətinə verilib.

Onlar iki polisin ölümündə ittiham edilirlər.

Elnur
AzNews.az