- Köhnə - Kriminal
- 14 Sentyabr 2013 19:15
- 2 904
17 yaşlı qız nişanlısını öldürdü
17 yaşında olan gənc qız 23 yaşlı nişanlısı ilə qaçıb. Bir gün sonra nişanlısı onunla əlaqədə olmaqdan imtina etdikdə təcavüzə cəhd edib. Nişanlısına mane ola bilməyən qız oğlana "fantaziya işlədək" deyərək aldadıb.
Filmdəki kimi oğlanı çarpayıya bağlayan qız bərk əşya ilə onun başına vurub, daha sonra oğlanı kəmərlə boğub. Hadisədən sonra polisə gedən qız təslim olaraq deyib: "Məni aldadıb qaçırdı. Döyərək münasibətdə olmaq istədi. Mən də onu çarpayıya bağlayıb razı olduğumu dedim. Peşmanam, amma namusumu qorudum".
Müdafiəsini inandırıcı hesab edən məhkəmə cinayəti məcburən törətdiyinə görə qızın cəzasını ömürlük həbsdən 8 il 4 ay müddətinə həbs cəzasına endirib.(anspress)
AzNews.az