Moskvada öldürülən azərbaycanlı iş adamı barədə sensasion məlumat - EKSKLÜZİV

Bir neçə gün öncə - sentyabrın 19-da Moskvada azərbaycanlı iş adamının öldürülməsi barədə xəbər vermişdik. Rusiya mətbuatında yayılan xəbərlərdə bildirilirdi ki, evi yaxınlığında iki naməlum şəxsin silahlı hücumuna məruz qalan iş adamı hadisə yerindəcə keçinib.

Həmin şəxs, Moskvada Baykal küçəsində yaşayan Fabris Salam-Hüseynovla bağlı AzNews.az-a yeni sensasion məlumatlar əldə edib. Belə ki, Fabris Salam-Hüseynov əslində, Səbri Hüseynovdur. O, Ağcabədinin Qaradolaq kəndindəndir. 1968-ci il təvəllüdlü Səbri Hüseynovun kriminal aləmə çox yaxın olduğu bildirilir.

AzNews.az-ın məlumatına görə, o, məşhur "qanuni oğru" Rövşən Lənkəranskinin Moskvadakı adamlarından biri imiş. Məlumatda qeyd edilir ki, "qanuni oğru"nun Moskva bazarlarında tərəvəz satışından daxil olan qazancını məhz Səbri Hüseynov toplayırmış. Güman edilir ki, qətlin sifarişini də məhz Lənkəranskinin düşmənləri verib.

Onu da qeyd edək ki, dünən S.Hüseynovun doğulduğu kənddə onun 3 mərasimi keçirilib.



Sarı
AzNews.az