Rusiyada həbs olunan azərbaycanlı azadlıqda- FOTO

Moskvaətrafı vilayətində baykerin ölümündə günahlandırılan Bəxtiyar Əliyev azadlığa çıxıb.

O, cəzasını çəkib. Rusiyada qarpız satmaqla məşğul olan Bəxtiyar Əliyev məhkəmə qərarı ilə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə bir il müddətinə azadlıqdan məhrum edilmişdi. Cəzası bitən azərbaycanlı azadlığa çıxdıqdan sonra Azərbaycana qayıdıb.

Motosikletçi Leonid Frolovun ölümü ilə nəticələnən insident Sergiyev Posad şəhərindəki "Merkuri" bazarında 2012-ci il iyunun 30-da qeydə alınıb. Rusiya KİV-inin məlumatına görə, Bəxtiyar Əliyev dava zamanı baykerin sifətinə zərbə endirib. Nəticədə Leonid Frolov yıxılıb və başı yerə dəyib. Aldığı xəsarət nəticəsində bayker xəstəxanada dünyasını dəyişib.

Ötən il iyulun 30-da məhkəmə Bəxtiyar Əliyevi ehtiyatsızlıqdan ölümə səbəb olmaqda təqsirli bilib və 1 il müddətinə azadlınqdan məhrum edib.

Məhkəmənin qərarı baykerlərin narazılığına səbəb olmuşdu. Onlar hesab edirdilər ki, Bəxtiyar Əliyev qatildir və barəsindəki hökm ədalətli deyil.(musavat.com)

AzNews.az