18 yaşlı gənc qətlə yetirildi

Mingəçevir şəhərində 18 yaşlı gənc bıçaqlanaraq öldürülüb.


Mingəçevir Şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, oktyabrın 2-də Mingəçevir şəhəri Heydər Əliyev prospekti 76/1, mənzil 20 ünvanında 1995-ci il təvəllüdlü İsrafilov Məhəmməd Ağabala oğlu şəxsi münasibətlər zəminində qohumu Rüstəmli Ələkbər Namiq oğlu tərəfindən bıçaqlanıb.

Yaralı Məhəmməd İsrafilovu xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrumetmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az