Göyərçin oğurladığına görə qətlə yetirildi

Bu gecə saat 02:00 radələrində Sabirabad rayon Cəngən kəndi ərazisində qanlı cinayət baş verib.

28 yaşlı Vasif Məmmədov bir neçə gün öncə bacısı oğluna məxsus göyərçinləri oğurlayan həmkəndlisi 19 yaşlı Təbriz Mirzəyevlə görüşərək məsələni ayırd etmək istəyib. Yaranan mübahisə zəmnində o, Təbriz Mirzəyevə bir sillə vurub. Bundan sonra üzərində gəzdirdiyi bıçaqla Vasif Məmmədova xəsarət yetirib. Yaralı dərhal qonşu Salyan rayonunun mərkəzi xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qətli törədən şəxs isə hadisə yerindən qaçıb. Polis Təbriz Hacıyevin tutulması istiqamətində axtarışa başlayıb.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda cinayət işi başlanıb.(anspress)

AzNews.az