“Lotu Quli” azadlığa buraxılır - EKSKLÜZİV

"Qanuni oğru", hazırda 8 saylı cəzaçəkmə məntəqəsində cəza çəkən "Lotu Quli" ləqəbli Nadir Səlifov vaxtından əvvəl azadlığa buraxıla bilər.

AzNews.az-a daxil olan məlumata görə, həbsinin çəkilməmiş müddəti 8 ilə yaxın olan Lotu Quli Cinayət Məcəlləsində nəzərdə tutulan ağır və xüsusilə ağır olan cinayət törətdiyinə görə məhkum edilənlərin cəzanın dörddə üç hissəsini çəkdikdən sonra azadlığa buraxılmaları üçün məhkəməyə müraciət hüququndan yaralana bilər: "Cinayət Məcəlləsini 76-cı maddəsində bunun hansı şəxslərə şamil olunduğu qeyd olunub. Cinayət Prosessual Məcəllədə isə məhkəməyə müraciət qaydaları əksini tapıb. Bu hüquqdan Nadir Səlifov da istifadə edəcək".

Mənbənin bildirdiyinə görə, bununla bağlı məhkəmələrə edilən müraciətlər əksər hallarda təmin edilir. Buna görə də Lotu Qulinin cəzasının 4-də 3 hissəsini çəkdikdən sonra, yəni 3 il sonra azadlığa buraxılması mümkündür.

Məsələ ilə bağlı AzNews.az-ın sualını cavablandıran Nadir Səlifovun vəkili Kamandar Nəsibov müdafiə etdiyi şəxsin azadlığa buraxılması üçün bütün hüquqi tədbirlərin həyata keçirildiyini bildirib: "Mən yalnız onu deyə bilərəm ki, biz Nadir Səlifovun azadlığa çıxması üçün lazım olan bütün hüquqi prosedurları həyata keçirmişik".

Elnarə
AzNews.az