Orxan Zeynalova qarşı rəsmi ittiham irəli sürülüb

Moskvada 25 yaşlı Yeqor Şerbakovun qətlində şübhəli bilinərək saxlanılan Azərbaycan vətəndaşı Orxan Zeynalov dindirilmə zamanı özünü günahkar hesab etmədiyini və heç hadisə yerində olmadığını bildirib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin deyib.

*** 21.07

Moskvada Yeqor Şerbakovun qətlində şübhəli bilinərək saxlanılan Azərbaycan vətəndaşı Orxan Zeynalova qarşı rəsmi ittiham irəli sürülüb. APA-nın verdiyi məlumata görə, bunu "RİA Novosti"yə Moskva Baş İstintaq İdarəsinin İstintaq Komitəsinin rəsmi nümayəndəsi Sergey Stukalov deyib.

"Müstəntiqlər ona Şerbakovun qətli ilə bağlı ittiham irəli sürüblər", - deyə o bildirib.

Xatırladaq ki, Azərbaycan vətəndaşı Orxan Zeynalov Rusiya paytaxtında 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinir. O, məhkəmədə cinayəti törətdiyini inkar edib. Zeyanlov müstəntiqlərə ilkin ifadəsini fiziki təzyiq altında verdiyini söyləyib.


AzNews.az