- Köhnə - Kriminal
- 31 Oktyabr 2013 12:46
- 1 734
Baş redaktora 10 il həbs verildi
Bu barədə AzadlıqRadiosuna Nicat Əliyevin vəkili Anar Qasımlı məlumat verib: "Nicat Əliyev, Elvin Nəsirov, Ceyhun Səfərli 10 il, Qorxmaz Camalov, Valeh Abdullayev 9 il, Samir Hüseynov 8 il, Elimxan Hüseynov 7 il, Emin Tofidi ilə Əli Əliyev 6 il, Səfər Məmnmədov 5 il azadlıqdan məhrum edilib".
Nicat Əliyev mayın 20-də tutulub. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ittiham olunur.
Nicat Əliyev ifadəsində ona elan olunan ittihamı qəbul etməyib, bildirib ki, onu "Eurovision-2012" mahnı yarışması ərəfəsində cinsi azlıqların - gey paradın Azərbaycanda keçirilməsini pisləyən disklərlə görə həbs ediblər.