- Köhnə - Kriminal
- 14 Yanvar 2014 09:01
- 3 227
72 yaşlı qadın 76 yaşlı ərini öldürüb
Astara rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, yanvarın 13-də Astara rayonu Pensər kənd sakini 1942-ci il təvəllüdlü Qasımova Nənəxanım Əziz qızı həyat yoldaşı, 1938-ci il təvəllüdlü Qasımov Nəriman Həsən oğlunu qətlə yetirib.
Qeyd edək ki, yaralı Qasımov Nəriman Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib və orada ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
AzNews.az