Dayılarını diri - diri yandırdı - VİDEO

Sumqayıt şəhərində dəhşətli qətl törədilib.

Sumqayıt şəhər polis idarəsindən verilən məlumata görə, hadisə gecə saatlarında Corat bağlar massivində qeydə alınıb. Hadisə zamanı Sumqayıt şəhər sakini, 23 yaşlı Abbasov Əsgəralı Füzuli oğlu dayıları - 1971-ci il təvəllüdlü Dünyamalı Mirzəyev, 1965-ci il təvəllüdlü Yadigar Mirzəyev və 1960-ci il təvəllüdlü Ağamalı Mirzəyevi qətlə yetirib.

Bacıoğlu dayıların sərxoş vəziyyətdə yatmasından istifadə edərək evə yanacaq tökməklə mənzilə od vurub. Əsgəralı Abbasov dayılarının evdən çıxıb xilas olmaması üçün mənzilin qapısını da arxadan qıfillayaraq hadisə yerindən gedib. Hadisədən sonra cinayəti törətməkdə şübhəli bilinən Əsgəralı Abbasov Sumqayıt şəhər polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən tutulub. Faktla bağlı araşdırmalar davam etdirilir.




AzNews.az