“Gəncə Avtovağzal”ının sədrinin oğlu bıçaqlandı

Bu gecə saat 01:00 radələrində Gəncədə 25 yaşlı gənc bıçaqlanıb. Gəncə şəhər Baş Polis İdarəsindən anspress-ə verilən məlumata görə, bıçaqlanan Gəncə sakini İlqar Namiq oğlu Həsənov Gəncə şəhər Təcili Tibbi Yardım Xidmətinə üzərində bıçaq xəsarətləri ilə yaralı daxil olub.

Onu arxadan ürək nahiyyəsindən vurublar. Bıçaq zərbəsi güclü olduğu üçün qabaqdan qarnı tərəfindən çıxıb. Gənc dərhal əməliyyat olunub. Həkimlər hazırda onun vəziyyətinin ağır olduğunu deyir.

Hazırda İlqar Həsənov reanimasiya şöbəsində, həkim nəzarətindədir. Gəncə polisindən verilən əmlumata görə, gənc gecə tanışları ilə birlikdə yeyib içdikdən sonra bıçaqlanıb. Hazırda faktla bağlı bir neçə şəxs şübhəli qismində nəzarətdədir.

Qeyd edək ki, bıçaqlanan şəxs "Gəncə Avtovağzal" ASC-nin sədri Namiq Həsənovdur.

Oğlunun bıçaqlanması ilə əlaqədar Namiq Həsənov açıqlamasında hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini deyib. Onun sözlərinə görə, oğlu dalaşan dostunu ayırmaq istəyərkən bıçaqlanıb.

"Əsgər yoldaşı bir neçə şəxs tərəfindən döyülüb. İlqar da onu ayırmaq istəyib. Bu zaman təsadüfən onu vurublar. Hazırda oğlumun vəziyyəti yaxşıdır, heç bir problem yoxdu", - deyə Namiq Həsənov vurğulayıb.

AzNews.az