Boğazından bıçaqlanan gənc ölüb

Gəncədə çay evində baş verən mübahisə ölümlə nəticələnib.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə hadisə iki gün öncə şəhərin "Dəmir yolu" adlanan ərazisində yerləşən çay evlərinin birində ofisiant işləyən 1992-ci il təvəllüdlü Tural Rzayev, obyektdə mühafizəçi işləyən 1955-ci il təvəllüdlü Vaqif İsgəndərovla mübahisə edib. Mübahisə sonda davaya çevrilib.

Nəticədə V. İsgəndərov Rzayevi bıçaqlayıb. Boğaz nahiyəsindən xəsarət alan yaralı ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilsədə ötən gün o dünyasını dəyişib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.


AzNews.az