- Köhnə - Kriminal
- 12 Mart 2014 16:49
- 2 793
Bakıda silahlı insident- Ata oğluna atəş açdı
Daha sonra isə, N.Səmədov tüfəngi özünə tuşlayıb və intihar məqsədi ilə özünü güllələmək istəyib. Hadisə yerinə gələn polis əməkdaşları 45 yaşlı kişinin həyatına qəsd etməsinə imkan verməyiblər.
Bildirilir ki, hadisə ailə-məişət münasibətləri zəminində baş verib. Ata sözünə baxmayan oğluna əsəbiləşib və evdəki tüfənglə onu vurmaq istəyib. Atasının özündən çıxdığını görən M.Səmədov qaçıb və xoşbəxtlikdən atasının açdığı atəş ondan yan keçib. Güllə evin qapısına dəyib.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırmalar aparılır.
AzNews.az