- Köhnə - Kriminal
- 15 May 2014 22:35
- 4 872
Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri həbs olundu
Mənbə bildirdi ki, Hərbi Prokurorluğun sanksiyası əsasında saxlanılan bu iki şəxslə bağlı mayın 13-də Binəqədi rayon məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən iclasda Mahmud Həmzəyevin və Elmar Salayevin 3 ay müddətinə həbs cəzasına məhkum edilməsi barədə qərar çıxarılıb.
Hərbi mənbələrdən "Doktrina" JHAM-a verilən digər məlumata görə, Şəmkir Hərbi birləşməsinin keçmiş komandiri Çingiz Şəfiyevin yaxın günlərdə istintaqa çağırılacağı gözlənilir.
Hərbi Prokurorluq və Binəqədi rayon məhkəməsi ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı.
musavat.com