- Köhnə - Kriminal
- 16 İyun 2014 08:46
- 3 562
58 yaşlı kişi 6 yaşlı qızı zorladı-Bakıda

Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsinin təhqiqatçısı Faiq İsayevin verdiyi məlumata görə, hadisə iyunun 14-də Binəqədi-Xırdalan yolu, I Mədən adlanan ərazidə baş verib.
Anspress xəbər verir ki, həmin ərazidə kirayədə yaşayan 58 yaşlı Yaşar Yusifov qonşuluqda kirayədə yaşayan 6 yaşlı qızı zorlayıb. Hadisə baş verərkən qız evlərində tək olub. Cinayəti törədən Yaşar sərxoş olub.
Evə gələn qızın valideynləri Yaşarı döydükdən sonra polisə təslim ediblər. Azyaşlı qızın mənəvi sarsıntı keçirdiyi bildirilir.
Hadisə yerinə gələn polislər Yaşar Yusifovu saxlayıb və prokurorluğa təhvil veriblər.
Qeyd edək ki, Yaşar Yusifov tufeyli həyat tərzi keçirib. Onun daim sərxoş olduğu və dəfələrlə xuliqanlıq etdiyi də bildirilir.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.