Misir Mərdanov: “İmtahan sualları çox ağırdır, uşaqlara əziyyət verirlər”

“Son illər Azərbaycan məktəblərindəki proqramlarla yaxından tanış deyiləm. Dəqiq əlimdə faktlar yoxdur ki, Azərbaycan dilinin məktəblərdə tədisi qaneedicidir, yoxsa yox... Arzu edərdim ki, dövlət dilinin tədrisi qaneedici olsun”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında sabiq təhsil naziri Misir Mərdanov bildirib.

O, nazir olduğu vaxtlarda Qusarda Azərbaycan dili kurslarının təşkil edildiyini də xatırladıb.

Sabiq nazir hazırda keçirilən buraxılış və qəbul imtahanlarının suallarına da toxunub. O, deyib ki, nazir olduğu dövrdən fərqli olaraq hazırda buraxılış və qəbul imtahanlarının sualları çox ağırdır:

“Həm buraxılış, həm də qəbul imtahanlarının sualları çətindir. Uşaqlara çox əziyyət verirlər. Repetitorların sayı da gündən-günə artır. Dövlət təhsil müəssisələrində paralel olaraq repetitorluq təhsil sistemi yaradılıb. Bu mənfi haldır. Buna yol vermək olmaz. Şagird təhsili və tərbiyəni məktəbdə, kollektivdə almalıdır. İmtahan suallarının və dərs yükünün ağırlığı, məktəb direktorlarının yerində olmaması və s. məsələlər bugünkü təhsilin problemləridir”.

AzNews.az