ABŞ-lı şagird Ceylin Frayberq oxuduğu məktəbdə cinayət hadisəsi törədib. ABŞ-lı şagird Ceylin Frayberq oxuduğu məktəbdə cinayət hadisəsi törədib.

Şagird məktəbliləri gülləbaran etdi: 1 ölü, 4 yaralı

ABŞ-lı şagird Ceylin Frayberq oxuduğu məktəbdə cinayət hadisəsi törədib.



AzNews.az xəbər verir ki, Freyber sevdiyi qızın ondan imtina etməsinə dözməyib və qızı güllələyərək qətlə yetirib.

Freyberq daha sonra qızın iki qardaşını da güllələyərək ağır yaralayıb. Hazırda ABŞ polisi baş verən hadisə ilə əlaqədar istintaq tədbirləri həyata keçirir.

Qeyd edək ki, bir müddət öncə verilən məlumata görə, Vaşinqton ştatında şagirdlərdən biri məktəbə silah gətirərək məktəbin daxilindəki yeməkxanada şagirdlərə atəş açmağa başlayıb. Daha sonra isə o, özünə atəş açıb. Nəticədə şagirdlərdən biri həlak olub. 4 şagird isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Xəyal Əzizov
AzNews.az