- Köhnə - Kriminal
- 26 Aprel 2015 12:21
- 3 894
3 uşaq anası özünü asdı - Zaqatalada
Zaqatalada intihar hadisəsi baş verib.
Zaqatala Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Yuxarı Çardaqlar kənd sakini, 1966-cı il təvəllüdlü Atiqat İmamqazi qızı Məmmədovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tikilmiş tövləsində asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.
Rayon hüquq-mühafizə əməkdaşlarının araşdırması zamanı 49 yaşlı A. Məmmədovanın intihar etdiyi məlum olub. 3 uşaq anası olan şəxsin intiharının səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.