- Köhnə - Kriminal
- 18 Avqust 2015 15:34
- 2 748
5000 dollara 1,2 kiloqram civə - Civə satan paytaxt sakini tutuldu

Civə satan paytaxt sakini tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, saxlanılan Bakı şəhər sakini Niyaməddin Yəhyayevdir. N.Yahyayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "iş başında" yaxalanıb. N.Yəhyayev 1,2 kiloqram civəni 5000 ABŞ dollarına satmaq istəyirmiş.
Faktla bağlı araşdırmalar davam etdirilir.