Yevlaxda oğurluq etmək istəyən qohumlar saxlanılıb. Yevlaxda oğurluq etmək istəyən qohumlar saxlanılıb.

Oğrular hamilə qadına bıçaq çəkdilər - VİDEO

Yevlaxda oğurluq etmək istəyən qohumlar saxlanılıb.

AzNews.az Region TV-yə istinadən xəbər verir ki, əlbir olan qohumlar oğurluq məqsədilə şəhərin Elçin Ağayev küçəsi, döngə 2, 130 saylı evi seçiblər.

Hasardan aşaraq həyətə keçən oğrular evdə hamilə qadının olduğunu gördükdə əməllərindən əl çəkmək fikrinə düşüblər.

Lakin geriyə yol olmadığı görən qohumlar qadına hədə-qorxu gəlməklə ondan pul almaq istəyiblər.

Oğrulardan biri üstündəki bıçaqla evin sahibi Gülay Əhməd qızı Qədimovanı hədələyərək ondan qızıl-zinət əşyaları və pul tələb edib. Lakin özünü itirməyən zərərçəkən qışqıraraq qonşuları köməyə çağırıb. Bu zaman oğrular hadisə yerini tərk ediblər.

Yevlax polisi əməliyyat axtarış tədbirləri nəticəsində hər iki şəxsi saxlayıb. Onların Yevlax rayon sakinləri Elvin Qərib oğlu Məmmədov və Əsgər Lətif oğlu Məmmədov olduğu müəyyənləşib.