- Köhnə - Kriminal
- 23 Yanvar 2016 15:42
- 8 094
24 yaşlı qızı amansızlıqla öldürən şəxsin adı açıqlandı
Daxili İşlər Nazirliyi Sumqayıtda törədilən qətllə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, yanvarın 22-də Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayan 24 yaşlı Səbinə Salayevanın evində Bakı şəhər sakini, tanışı, əvvəllər məhkum olunmuş Cəfər Ağayev münaqişə zəminində ona bıçaqla çoxsaylı xəsarətlər yetirib hadisə yerini tərk edib.
S. Salayeva hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.