Komi Respublikasında yerləşən 31 nömrəli koloniyada cinayət hadisəsi baş verib. Komi Respublikasında yerləşən 31 nömrəli koloniyada cinayət hadisəsi baş verib.

Azərbaycanlı gizir türmədə mayoru güllələdi - Arvadıyla eşq yaşayırmış (Yenilənib)

Komi Respublikasında yerləşən 31 nömrəli koloniyada cinayət hadisəsi baş verib.


AzNews.az LifeNews-a istinadən xəbər verir ki, koloniyada 35 yaşlı baş gizir Şahin Əliyev 36 yaşlı mayor Xalid Həsənovu avtomatla güllələyib. Mayoru güllələyən baş gizir daha sonra intihara cəhd edib.

Artıq hadisənin bəzi təfərrüatları da məlum olub. Yerli sakinlərin sözlərinə görə, Ş.Əliyev həyat yoldaşı Kamilə Əliyevanı 2 uşağıyla birlikdə tərk etdikdən sonra onun mayoru X.Həsənov qadınla yaxınlaşmağa başlayıb. Yerli sakinlərin sözlərinə görə, X.Həsənov bir neçə dəfə Ş.Əliyevi öz arvadını tərk etdiyinə görə tənqid edib. O, bunun Kamiləyə qarşı alçaq addım olduğunu və qadını iki uşaqla birlikdə tək qoymağın düzgün olmadığını bildirib. Lakin gizir mayorun sözlərinə qulaq asmayıb.

Sakinlər keçmiş əri tərk etdikdən sonra Kamilənin Xalidlə eşq yaşamağa başladığını bildirirlər.

Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, Əliyevlə Həsənov arasındakı dostluq münasibətləri hələ 90-cı illərdə, onlar 31-ci koloniyada xidmətə başlayarkən yaranıb. Dostlar arasındakı münasibət isə ötən il Əliyevə mənzil almaq üçün birdəfəlik ödəniş edildikdən sonra pozulub.



***
15:27


Köhnə dostlar arasındakı davanın səbəbi isə məhz mənzil almaq üçün Şahin Əliyevə edilən ödəniş olub. Məlumata görə, Həsənov Əliyevin aldığı pulları da götürüb Azərbaycana qayıdacağını öyrənib. O, dəfələrlə dostunu ailəsinə qarşı belə addım atmamağa çağırıb. Lakin Əliyev qərarından dönməyib. Ötən il noyabrın 19-da Ş.Əliyev arvadından boşanıb.

Onu da bildirək ki, baş verən mübahisələrə görə rəhbərlik məsələni araşdırmaq üçün hər iki əməkdaşla danışıqlar aparırmış. Hətta keçmiş dostların xidmət zamanı qarşılaşmaması üçün xüsusi növbə bölgüsü aparılaraq hər iki koloniya işçisi ilə psixoloq işləyirmiş.

Qətldən sonra özünü güllələyərək intihara cəhd edən baş gizir Ş.Əliyevin bədənində bıçaq yaraları aşkarlanıb. Hadisə şahidlərinin sözlərinə görə, gizir özünə iki dəfə atəş açıb. Lakin tibb işçiləri onun bədənində bıçaq xəsarətlərinin də olduğunu bildiriblər. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Əliyevin döş qəfəsində və qarnında silah yarasının olduğu qeydə alınıb. Bununla yanaşı onun bədənində kəsiklər də aşkarlanıb: sinə nahiyəsində təxminən 3, qarnında 4, dirsəklərində və budunda isə təxminən 2 bıçaq yarası.

Aydan AXUNDOVA