- Köhnə - Maraqlı
- 5 Fevral 2016 17:56
- 23 812
5 il əvvəlki Suriya – Möhtəşəm fotolar
Təxminən 5 il əvvəl Yaxın Şərqin kiçik dövlətlərindən olan Suriyada 22 milyon insan yaşayırdı. Bu gün isə bu rəqəm 4 milyon azalıb. Çünki Suriya əhalisinin 250 mini ölüb, qalanlar isə Avropa və qonşu Yaxın Şərq ölkələrinə qaçıblar.
AzNews.az Suriyanın müharibədən əvvəlki fotolarını təqdim edir:

2006-cı il. Dəməşqdə hərəkətli bazar.

2007-ci il. Dəməşq üzərində hava şarı


2008-ci il. Aleppodakı bazarın alıcıları dərviş rəqsini izləyirlər.




Dəməşq - Suriyanın paytaxtı. Dünyanın ən qədim şəhərlərindən biri, ən böyük mədəni və dini mərkəz. Şəhər hazırda hərbi əməliyyarın teatrına çevrilib. Dəməşq müharibədən öncə belə görünürdü.

2003-cü il. Suriya aşbazları Aleppo stadionunda 4 ton ağırlığında marzipan və püstəli tort hazırlayırlar. Həmin vaxt suriyalılar 200 kvadrat mertlik tort hazırlamaqla niderlandlıların rekordunu təzələmişdilər.

Xristianların şəhəri Maalyulya

Uşaqlar İd əl-Fitr bayramı zamanı



Aleppo – Suriyanın ən böyük şəhəridir, onun əsas iqtisadi arteriyasıdır. Aleppo əvvəl belə görünürdü.





Turistlər Palmir ətafında
Aydan AXUNDOVA