Qocalmış və ölmüş hüceyrələrin orqanizmdə toplanması sağlamlığa mənfi təsir göstərir və insan ömrünü 35 faiz qısaldır. Belə hüceyrələrin "təmizlənməsi" proseduru heç bir yan təsir olmadan ömrü uzatmağa kömək edir. Həmçinin, orqanların və toxumaların funksiyalarının qorunmasına, şişlərin yaranmasının qarşısını almağa imkan verir. Qocalmış və ölmüş hüceyrələrin orqanizmdə toplanması sağlamlığa mənfi təsir göstərir və insan ömrünü 35 faiz qısaldır. Belə hüceyrələrin "təmizlənməsi" proseduru heç bir yan təsir olmadan ömrü uzatmağa kömək edir. Həmçinin, orqanların və toxumaların funksiyalarının qorunmasına, şişlərin yaranmasının qarşısını almağa imkan verir.

Alimlərdən yeni eksperiment – İnsan ömrünü 35 faiz uzadacaqlar

Qocalmış və ölmüş hüceyrələrin orqanizmdə toplanması sağlamlığa mənfi təsir göstərir və insan ömrünü 35 faiz qısaldır. Belə hüceyrələrin "təmizlənməsi" proseduru heç bir yan təsir olmadan ömrü uzatmağa kömək edir. Həmçinin, orqanların və toxumaların funksiyalarının qorunmasına, şişlərin yaranmasının qarşısını almağa imkan verir.


AzNews.az xəbər verir ki, bu məlumatları ABŞ-ın Meyo klinikasının alimləri təqdim ediblər.

Həkimlər və bioloqlar AP20187 preparatına qarşı həssas olan genetik modifikasiya olunmuş siçanlar üzərində təcrübə aparıblar. Məhz onun köməyi ilə alimlər gəmiricilərin orqanizmində qocalmış hüceyrələri məhv ediblər. Sonrakı yarım ildə alimlər təcrübə siçanlarını izləyiblər. Məlum olub ki, bu siçanlarda ürək daha yaxşı işləməyə başlayıb. Bundan əlavə, gəmiricilərin əzələ və piy toxumalarında, eləcə də böyrək toxumalarında adi gəmiricilərə nisbətən daha az iltihablaşma müşahidə olunub.

Alimləri daha çox təcrübə siçanlarında ömrün 17-35 faiz uzanması heyrətləndirib. Prosedurun heç bir yan təsiri aşkar olunmayıb. Bu, araşdırmaçılara adi, genetik modifikasiya olunmamış siçanların, eləcə də gələcəkdə insan orqanizminin yaşlı hüceyrələrdən "təmizlənməsi" üçün anoloji vasitələrin yaradılmasına ümid verib.

Alimlərin sözlərinə görə, hüceyrələrin qocalması prosesi onların bölünməsinin dayanmasıyla özünü göstərir. Bu zaman orqanizmin təmizlənməsi üçün immun sisteminin xüsusi mexanizmi işə salınır. Bu, hüceyrələrdə çox sayda mutasiyaların toplanması nəticəsində onların xərçəng hüceyrəsinə degenerasiyasının qarşısını almaq üçün lazımdır. Lakin yaşla əlaqədar çox zaman bu təbii mexanizmdə pozulmalar olur. Nəticədə orqanizmdə toplanan qocalmış hüceyrələr sağlam hüceyrələrə ziyan verməyə, həmçinin iltihablaşmanın əmələ gəlməsinə səbəb olur.

Aydan AXUNDOVA