Amneziya insanların tez-tez üzləşə biləcəyi bir xəstəlikdir. Bu xəstəlik stress kimi güclü psixoloji səbəblərdən və ya başın travması, zəhərlənmə, alkoqolizm kimi hallarda daxili orqanların zədələnməsindən meydana gələ bilər. Amneziya insanların tez-tez üzləşə biləcəyi bir xəstəlikdir. Bu xəstəlik stress kimi güclü psixoloji səbəblərdən və ya başın travması, zəhərlənmə, alkoqolizm kimi hallarda daxili orqanların zədələnməsindən meydana gələ bilər.

Arvadını unudan, milliyətini dəyişən, qəfildən itənlərin qəribə - Həyat hekayələri

Amneziya insanların tez-tez üzləşə biləcəyi bir xəstəlikdir. Bu xəstəlik stress kimi güclü psixoloji səbəblərdən və ya başın travması, zəhərlənmə, alkoqolizm kimi hallarda daxili orqanların zədələnməsindən meydana gələ bilər.




Yaddaşın pozulması müxtəlif xarakter daşıyır. İnsan amneziyaya qədərki hadisələri və öz bioqrafiyasını unuda bilər. Bəzənsə insan sadəcə şəxsi həyatı ilə bağlı olan hər şeyi unudub, ümumi olan hər şeyi xatırlaya bilər.

Bəzən yaddaş itirildiyi kimi qəfil də geri qayıdır, bəzən isə xəstə ətrafdakıların xatirələri əsasında çətinliklə yaddaşını bərpa etməli olur.

AzNews.az bir çox filmlər üçün süjet xəttinə də çevrilən qəribə amneziya hallarını təqdim edir:

İtalyan həkim Pyerdante Piççioni avtomobil qəzasından sonra ömrünün son 12 ilini unudub. 2013-cü ildə xəstəxanada gözünü açan həkim 2001-ci ildə olduğuna əmin olub. İnternetin yayılması və ölkənin avroya keçməsi onun üçün təəccüblü açılışa çevrilib. Normal həyatına qayıda bilmək üçün o, uzun müddət qəzet və jurnallar oxumalı olub. Bir müddət sonra Piççionini yenidən işə götürüblər.

Oxşar hadisə 2014-cü ilin yayında ABŞ-ın Tennessi ştatında baş verib. Ceremi və Castis Stamperlər avqustun 1-də ailə qurublar. Bir neçə həftə sonra qadın maşın qəzası keçirib. Çoxsaylı zədələr alan qadın həyatının son 1 ayını və öz toyunu unudub. Toy şəkilləri və sənədlər heç cürə kömək etmədiyindən Ceremi yenidən toy təşkil edib.

2013-cü ildə 61 yaşlı ABŞ vətəndaşı Maykl Botrayt Koliforniyada otellərin birində amerikalı olaraq huşunu itirib. Özünə gəldikdə isə o, "isveçli" olub. Maykl ingilis dilini tamamilə unudub və yalnız tərcüməçilər vasitəsilə adının Yonas Ek olduğunu bildirib. Maykl öz üzünü, qohumlarını və dostlarını, 2 keçmiş həyat yoldaşını da tanımayıb. Qeyd etmək lazımdır ki, Maykl çox zaman səyahətlər edib və ölkə xaricində olanda ingilis dilindən dərs keçməklə pul qazanıb. Orta əsrlər tarixi ilə maraqlandığı İsveçrədə isə nadir vaxtlarda olub.

26 yaşlı amerikan jurnalist Codi Roberts 1985-ci ildə Vaşinqton ştatının Takoma şəhərində itkin düşüb. Bundan bir neçə həftə öncə dostları Codinin öz qayğısına qalmadığını və çox içməyə başladığını hiss ediblər. İtkin düşən Codini 12 il tapmaq mümkün olmayıb. Qohumları artıq onu sağ görməyə ümidlərini itiriblər. Lakin 1997-ci ildə onun həmkarlarından biri şəklini xəbərlərdə görüb. Məlum olub ki, Robertsi itkin düşdükdən 5 gün sonra evindən 1,6 min kilometrdən də uzaq məsafədə tapıblar. Onun üzərində heç bir sənədi olmayıb. Xəstəxanada yaddaşı geri qaytarmaq mümkün olmadığından Codi özünə Ceyn Di adını götürüb. Buradan Alyaskaya köçən Codi orada ərə gedib, 2 əkiz qızı dünyaya gəlib və web-dizayner kimi karyerasına başlayıb.

Bəzən qəribə amneziya halları tanınmış filmlərin yaranması üçün əsas olur. Buna ən yaxşı nümunə Ansel Born (onun şərəfinə Ceyson Born personajı yaradılıb) ola bilər. Moizəçi olan Ansel qəfildən bütün yığılan pulları götürüb başqa bir şəhərə köçüb və burada 2 ay Albert Braun adı ilə yaşamağa başlayıb. Bir gün səhər yuxudan oyandıqda o, ətrafındakı heç nəyi xatırlamayıb. Daha sonra hipnozla birinci kimliyindən xəbərsiz olan ikinci kimliyini xatırlaya bilib. Maraqlısı budur ki, o, sonradan yaddaşıyla bağlı heç bir problem yaşamayıb.

"50 ilk öpüş" filminin qəhrəmanının prototipi isə ingilis Mişel Filpots olub. 1985 və 1990-cı illərdə maşın qəzası keçirən qadın nəticədə yeni xatirələr yaratmaq qabiliyyətini itirib. Sonrakı 20 il ərzində o, hələ də 1994-cü ildə yaşadığını düşünərək yuxudan oyanıb. Əri isə hər dəfə onların evli olduğunu xatırlatmalı olub.

Bəzən yaddaşını itirənləri yeni həyata başlamağa cəhd etmək üçün özünü amneziya keçirmiş kimi qələmə verməkdə günahlandırırlar. Bu heç də əsassız iddia deyil. Ruminiyadan olan Sivald/Siprien Skeyd də xəstəliyini belə uydurub. Torontoda xəstəxananın travmatologiya şöbəsinə müraciət edən həmin şəxs yaddaşını itirmək bəhanəsilə Kanada vətəndaşlığı almaq istəyib. Nəticədə bu, onda alınıb. O, hətta bu işdə ona köməklik edən vəkilinin qızı ilə də evlənib.

Aydan AXUNDOVA