- Köhnə - Maraqlı
- 24 Fevral 2016 15:41
- 20 574
Coli və Banderas “Səfəvilər” filmində - İdeya + Fotolar
Azərbaycanlı gənc, art-dizayner Rəsul Həsənov maraqlı poster hazırlayıb.
AzNews.az xəbər verir ki, posterdə dünya şöhrətli aktyorlar Antonio Banderas Şah İsmayıl, Ancelina Coli isə Taclı Bəyim obrazında əks olunub. R.Həsənov aktyorları öz fantaziyasına uyğun"Səfəvilər" filminin baş rol ifaçıları kimi təqdim edib: "Antonio Banderasın Şah İsmayılı, Ancelina Colinin şahın ilk xanımı olan və Çaldıran döyüşündə itkin düşdüyü hesab edilən Taclı Bəyimi canlandırdığı Səfəvi filmi. Belə bir filmin çəkilməsini çox istəsəm də, bu yeni poster eksperimentlərimdəndir. Düşünürəm ki, Azərbaycanın tarixinin, dövlətçilik əsaslarının qurulduğu Səfəvilərdən gözəl bir film çəkmək olar. Burada həm tarix var, həm döyüş var, həm sevgi, həm də İsmayılın möhtəşəm poeziyası. Bundan yaxşı nə ola bilər".
Gənc dizayenrin hazırladığı posterləri təqdim edirik: