İçində mumiya olan yaxta tapıldı – Siqnal ötürürmüş

Flippində 2 nəfər balıqçı dirəyi sınmış gəmi aşkarlayıb. Göyərtəyə qalxan balıqçılar kabində insan mumiyası görüblər.


AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Kapitanın cəsədi radiotelefonun yanında tapılıb. Ehtimal edilir ki, o, ölüm anında siqnal ötürməyə cəhd edib. Quru okean küləyi, yüksək temperatur və duzlu hava isə cəsədi mumiyaya çevirib.

Mumiyanın yanında tapılan sənədlərdən onun kimliyini müəyyən etmək mümkün olub. Məlum olub ki, o, 59 yaşlı alman səyyah Manfred Frits Bayoratdır. Yaxtanın 20 illik sahibi olan səyyah onunla yarım milyondan çox dəniz mili qət edib. Səyyahın ölməsinin vaxtı və səbəbi hələki məlum deyil.

Lakin yerli polis bildirib ki, kriminal versiya nəzərdən keçirilmir. Onun ürək tutmasından öldüyü ehtimal edilir. Bayoratdan alınan sonuncu məlumat 1 il öncə dostuna sosial şəbəkə vastəsilə göndərdiyi məktub olub.



Aydan Axundova