Nyu-Yorkda dünyanın ən bahalı metrostansiyasının açılışı olub. Nyu-Yorkda dünyanın ən bahalı metrostansiyasının açılışı olub.

Dünyanın ən bahalı metrostansiyası açıldı - Fotolar

Nyu-Yorkda dünyanın ən bahalı metrostansiyasının açılışı olub.


AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Ümumdünya ticarət mərkəzinin yanında yerləşən metrostansiyanın tikilməsinə təxminən 4 milyard dollar vəsait sərf olunub. Bu məbləğ öncədən tikinti üçün nəzərdə tutulandan təxminən 2 dəfə çoxdur. Tikintinin məbləğilə yanaşı vaxtı da gözlənilənlə üst-üstə düşməyib. Belə ki, tikinti nəzərdə tutulan 5 il ərzində deyil, 12 il ərzində başa çatıb.

İspan memar-rəssam Santyaqo Kalatravın ideyasına əsasən, stansiyanın konstruksiyası "uşaq əllərindən buraxılan ağ göyərçinin qanadlarını" xatırlatmalıdır. Lakin layihə müəllifinin planını bəyənməyənlər də tapılıb. Belə ki, bir çox Nyu-York sakini hesab edir ki, monumental tikili daha çox hansısa fantastik bədheybətin qabırğalarına bənzəyir.

Qeyd edək ki, yeni nəqliyyat qovşağı Nyu-Cersi ştatında 11 metropoliten xətlərini və dəmiryolunu birləşdirir. Ehtimal olunur ki, stansiya hər gün təxminən 250 min sərnişinə xidmət göstərəcək. Rəsmi açılışın baş tutmasına bamayaraq, stansiya daxilində tikinti işləri yaya qədər davam edəcək.





Aydan AXUNDOVA