- Köhnə - Maraqlı
- 5 Mart 2016 09:00
- 7 161
Pizza UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilə bilər
İtaliya pizzanı YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilməsi təklifini irəli sürüb.
RNS-in verdiyi xəbərə görə, qərar İtaliyanın YUNESKO məsələləri üzrə Milli Komissiyası tərəfindən qəbul olunub.
Məlumata görə, İtaliyanı bütün dünyada təmsil edən məhz "Marqarita" pizzasının siyahıya daxil edilməsi təklif olunub.
Qeyd edək ki, italiyalılar bundan əvvəl 2011-ci ildə BMT-ni ənənəvi neapolitan pizzasının YUNESKO-nun qeyri-maddi irsinin siyahısına daxil edilməsi təklifi ilə çıxış ediblər.
APA.az