- Köhnə - Maraqlı
- 10 Mart 2016 09:59
- 16 228
Dünyanın ən yaraşıqlı məhbusu azadlığa çıxdı – Foto
Xarici görünüşünə görə internet istifadəçilərinin ürəyini fəth edən ən yaraşıqlı məhbus azadlığa çıxıb.
AzNews.az xəbər verir ki, bu barədə New York Daily News məlumat verib. Məlumata görə,30 yaşlı Ceremi Miks artıq model biznesi ilə məşğul olmağı planlaşdırır.Qeyd edək ki, Miks qanunsuz olaraq odlu silah saxlamağa görə cəza çəkib. Lakin bu onun nəhəng model agentliyi ilə müqavilə imzalamasına mane olmayıb.
Miks Stokton şəhər polisinin feysbuk səhifəsində onun şəklini yerləşdirməsindən sonra məşhur olub. Şəkil 100 mindən çox insan tərəfindən "bəyənilib", 12,8 min dəfə paylaşılıb və təxminən 27 min şərh toplayıb.

Aydan