- Köhnə - Maraqlı
- 18 Mart 2016 15:35
- 8 179
“Ən yaxşı deputat boşanmış olandır” – Məşhur siyasətçi
Rusiya Liberal Demokrat Partiyasının banisi və lideri Vladimir Jirinovski yenidən açıqlamaları ilə gündəmə gəlib.
AzNews.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Jirinovski ən yaxşı deputatın boşanmış olduğunu hesab edir. Bu barədə o, vəzifəsini müntəzəm olaraq icra etməyən deputatların mandatdan məhrum edilməsi barədə qanun layihəsinə həsr olunmuş diskussiya zamanı danışıb. "Ən yaxşı deputat boşanmış olandır. Arvad işdir!", - deyə Jirinovski bildirib.
Aydan AXUNDOVA