“Titanik”in brilliantları sərgilənəcək

Amerikanın Atlant şəhərində "Titanik" gəmisindən tapılan məşhur zinət əşyaları nümayiş etdiriləcək. 16 noyabrda açılacaq sərginin təşkilatçısı "Premier Exhibitions"un məlumatına görə, sərgidə 15 zinət əşyası təqdim ediləcək. Bunlar brilliant və sapfir üzüklər, broşlar, qızıl saatlardır.

Sərgilənəcək zinət əşyalarının əksəriyyəti 1987-ci ildə bir çanta içində okeandan tapılıb. Ehtimal edilir ki, qəza zamanı zinət əşyaları seyfdən çıxarılaraq çantaya yığılıb, ancaq onun sahibi tapılmayıb.

Məlumat üçün bildirək ki, "Titanik" 1912-ci il 10 apreldə yola düşüb və 4 gün sonra aysberqlə toqquşaraq batıb.

Elnarə Əlosnmanqızı
AzNews.az